Məzmuna keç

Azərbaycanda ilk InsurTech

Sığorta ödənişin 24 saata kartında.

Hadisən qiymətləndirilib? Həftələrlə gözləmə. Ödənişin 90%-⁠ni 24 saat ərzində kartına al — və ya tam məbləği standart müddətdə gözlə. Seçim səninkidir.

  • SİMA ilə təsdiq
  • Gizli ödəniş yoxdur
  • Seçim səninkidir

Gözləmənin qiyməti

Gözləməyin də qiyməti var.

Maşın servisdədir. Sən isə hələ də ödənişi gözləyirsən.

  • Maşın dayanır

    Servis növbəsi, ehtiyat hissələri, sənədlər. Maşın həftələrlə yerindən tərpənmir.

  • Həyat gözləmir

    Maşın yoxdur, amma iş, ailə, gündəlik qaçhaqaç yerindədir. Hər gün fərq edir.

  • Xərclər gözləmir

    Kirayə, ailə, gündəlik ehtiyaclar. Hesablar sənin ödənişini gözləmir.

24 saatkartına qədər

Zamanın sıxılması

Həftələrlə gözləmə əvəzinə — 24 saat.

Zənglər. Sənədlər. Növbələr.

Bütün bu yolu biz qısaldırıq.

Sənə qalan isə —

Dolaşıq zaman xətti və təqvim vərəqləri tək bir parlaq nöqtəyə sıxılır

Necə işləyir

4 addım. Hamısı telefonda.

Bank kartı SMS, forma, SİMA təsdiqi və köçürmə mərhələlərindən keçir

  1. 01

    SMS gəlir

    Hadisən qiymətləndiriləndə sənə SMS və link gəlir. Linkdə 3 variant görürsən.

  2. 02

    Qısa forma

    tezzz.az-ı seçirsən və bir neçə sahəni doldurursan. Bir neçə dəqiqəlik işdir.

  3. 03

    SİMA ilə təsdiq

    Məlumatların sığorta müqaviləsi ilə yoxlanılır. Sən SİMA rəqəmsal imzası ilə təsdiqləyirsən.

  4. 04

    Pul kartında

    Ödənişin 90%-⁠i 24 saat ərzində kartına köçürülür. Vəssalam.

Seçim səninkidir

Üç yol. Heç biri məcburi deyil.

SMS-dəki linkdə üç variant görürsən. Hansı sənə uyğundursa, onu seç.

  • tezzz.az ilə

    Ən sürətli

    90%24 saat ərzində

    • Pul birbaşa kartına gəlir
    • SİMA ilə onlayn təsdiq
    • Növbə və kağız yoxdur
  • Standart yol

    100%standart müddətdə

    • Tam məbləğ
    • Sığorta şirkətinin öz qaydası ilə
    • Gözləmə daha uzun çəkir
  • Servis və ya təkrar baxış

    Təmirvə ya yenidən qiymətləndirmə

    • Sığorta şirkətinin təklifini qəbul et
    • Maşını servisdə təmir etdir
    • Ya da qiymətləndirməyə yenidən baxılmasını istə

Heç kim səni məcbur etmir. Qərar həmişə sənindir.

Etibar

Sadə. Açıq. Təhlükəsiz.

  • SİMA ilə təsdiq

    Hər addımı öz rəqəmsal imzanla təsdiqləyirsən. Sənsiz heç nə baş vermir.

  • Müqavilə ilə yoxlama

    Məlumatların sığorta müqaviləsi ilə tutuşdurulur. Səhvə yer qalmır.

  • Gizli ödəniş yoxdur

    Ekranda nə görürsənsə, kartına o gəlir. Sonradan sürpriz olmur.

  • Üstündə heç nə qalmır

    Sonra heç kimə heç nə qaytarmırsan. Bu, sənin öz sığorta ödənişindir — sadəcə daha tez.

Sığorta şirkətləri üçün

Müştəriniz razı, prosesiniz rahat.

tezzz.az müştərinizə ödənişi daha tez almaq seçimi verir — sizin standart prosesinizi dəyişmədən. Yoxlama müqavilə əsasında aparılır, təsdiq SİMA ilə olur. Gəlin danışaq.

Suallar

Tez-tez verilən suallar

  • Xeyr. Bu, öz sığorta ödənişini daha tez almağın yoludur. Heç kimə heç nə qaytarmırsan.

  • Ödənişi 24 saata çatdırmaq üçün bütün işi biz görürük: yoxlama, təsdiq, köçürmə. Fərq bu sürətin dəyəridir. İstəsən, 100%-ni standart müddətdə gözləyə bilərsən.

  • SİMA — rəqəmsal imza tətbiqidir. Telefonla şəxsiyyətini təsdiqləyir və sənədi onlayn imzalayırsan. Heç yerə getmək lazım deyil.

  • Formada göstərdiyin bank kartına. Pul birbaşa ora köçürülür.

  • Yox. SMS-dəki linkdə üç variant var: 90% 24 saat ərzində, 100% standart müddətdə, ya da təklif, servis təmiri və ya yenidən qiymətləndirmə. Hansını istəsən, o.

  • Avtomobil sığortası üzrə qiymətləndirilmiş hadisələr üçün. Hadisən qiymətləndiriləndə SMS-dəki linkdə tezzz.az variantını görəcəksən.

  • Bəli. Məlumatların yalnız sığorta müqaviləsi ilə yoxlama üçün istifadə olunur və SİMA ilə təsdiqlənir. Başqa məqsədlə işlədilmir.

  • Pulu tez alırsan — təmiri tez başladırsan, sükan arxasına da tez qayıdırsan.

Gözləmə. Öz pulunu bu gün al.

Hadisən qiymətləndiriləndə SMS-dəki linkdə tezzz.az variantını seç. Qalanını biz edirik.